Norveç Ukrayna Silahlı Qüvvələrinin təlimi üçün 15 milyon dollar ayırıb

25/11/2022 - 22:43

Norveç Ukrayna hərbçilərinin hazırlanması üçün Aİ missiyasına 150 milyon kron (bu 15 milyon dollardan bir qədər çox) ayırıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Norveçin müdafiə naziri Byorn Arild Qram qeyd edib ki, Ukrayna digər ölkələrin dəstəyindən, o cümlədən Rusiyanın təcavüzünə müqavimət göstərmək üçün kifayət qədər silah və materiallardan asılıdır.

Norveçin TV2 telekanalının məlumatına görə, Norveç həmçinin Ukrayna hərbçilərinə 250 milyon kron dəyərində 55 min ədəd qış geyimi, bir M109 artilleriya qurğusu, həmçinin 30 min quru yemək və 55 min sarğı və fərdi bağlamalar verib.

Qeyd edək ki, Norveç Silahlı Qüvvələri NATO-nun ən kiçik silahlı qüvvələri arasındadır. Bu ölkənin ordusunda 24 mindən az hərbçi xidmət edir, onların yarısı çağırışçılar və ehtiyatda olanlardır.

Qafqaz.media