Noyabrda bağçalar işləyəcək?

10/09/2024 - 15:32

“Noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin. Çünki çalışan analar üçün bağça önəmlidir”. “Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bu səbəbdən də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək: “Sadəcə xüsusi hallarda ümumi prosesdə bu fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə aparır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10