“PUA-lar təyyarənin planlaşdırıldığı kimi enə bilməməsinə səbəb olub” - Qəza ilə bağlı Rusiyadan növbəti açıqlama

27/12/2024 - 16:03

Azərbaycan təyyarəsinin qəzaya uğraması Ukrayna pilotsuz təyyarələrinin Qroznıya hücumundan sonra baş verib. “AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov öz videomüraciətində bildirib. Yadrovun sözlərinə görə, Ukrayna PUA-ları təyyarənin planlaşdırıldığı kimi Qroznıya enə bilməməsinə səbəb olub. O, həmçinin qeyd edib ki, həmin vaxt Qroznı hava limanının ərazisində sıx duman olub. “500 metr yüksəklikdə görmə qabiliyyəti yox idi. Ekipaj təyyarəni Qroznıya endirmək üçün iki uğursuz cəhd edib. Onların uğursuzluğundan sonra pilota eniş üçün Rusiyanın digər hava limanları təklif edilib. Lakin pilot müstəqil qərar qəbul edərək Xəzər dənizi ilə Aktauya uçmaq qərarına gəlib və orada qəzaya uğrayıb”, - deyə Rosaviasiya rəsmisi bildirib. Yadrov qəzanın dəqiq başvermə səbəbini açıqlamayıb.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir tiktoker həbs olundu
27/12/2024 - 14:33
Hərbçimiz minaya düşdü
20/12/2024 - 18:35