“Qanuni oğru“ “Toppuş bacı“ya 10 min dollar göndərdi

28/11/2022 - 10:44

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") müalicəsinə kömək məqsədilə azərbaycanlı "qanuni oğru" Ülfət Tağıyev ("Rufo Gəncinski") 10 min ABŞ dolları göndərib.=

Qafqaz.media Baku.ws-ə istinadla xəbər verir ki, bunu tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) bildirib.

O qeyd edib ki, Tünzalə Əliyeva ilə bağlı canlı yayımda edilən paylaşımdan sonra müalicəsi üçün 10 min dollar yardım edilib.