Qazaxıstan Senatına seçkilərin vaxtı açıqlandı
26/11/2022 - 12:09
![](/sites/default/files/styles/slide/public/2022-11/tt_3.jpg?itok=RUFuQvId)
Qazaxıstan Senatına (Yuxarı Palata) seçkilər 2023-cü il yanvarın 14-ü keçiriləcək.
Qafqaz.media Qazaxıstan Prezident Administrasiyasının rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bununla bağlı Prezident Kasım-Jomart Tokayev fərman imzalayıb.
Qazaxıstan hökumətinə, Astana, Almatı və Şımkent şəhərlərinin, vilayətlərinin başçılarına göstəriş verilib ki, seçkilərin keçirilməsi üçün təşkilati, maddi-texniki və maliyyə məsələlərinin həlli üçün tədbirlər həyata keçirsinlər.