Qərb rayonlarını Naxçıvanla birləşdirəcək yol... - Rusiya XİN

29/08/2024 - 12:37

Moskvanın Bakı-İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya məlumdur. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zəngəzur dəhlizi ilə bağlı danışarkən deyib. "Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək marşrut Rusiya, Azərbaycan və Ermənistanın Baş nazir müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir", - o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İtaliyada zəlzələ oldu
09/11/2024 - 16:21
Heç 24 saat çəkmədi...
07/11/2024 - 11:25