"Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələr üçün də dağıdıcıdır" - Lukaşenko

17/08/2024 - 14:25

Dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən hər hansı inkişafı təmin etmək mümkün deyil.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Qlobal cənubun səsi” adlı videokonfrans formatında keçirilən üçüncü sammitdə deyib. “Bu gün bir çox bölgələr müharibələr və münaqişələrlə sarsılır, silahlanma yarışı görünməmiş sürət qazanır. Lakin dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən heç bir inkişaf mümkün deyil”, - o qeyd edib. A.Lukaşenko, həmçinin bildirib ki, Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələrin xalqlarına dağıdıcı təsir göstərir: “Belə ki, Belarus mineral gübrələrinin ixracına qoyulan məhdudiyyətlər ən yoxsul ölkələrdə ərzaq qıtlığı və aclıq problemlərini kəskinləşdirib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15