RegionPezeşkian həmin görüşləri səbirsizliklə gözləyir - Kazana hansı liderlər gedəcək?

19/10/2024 - 20:32

İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində Rusiya lideri Vladimir Putin və Çin prezidenti Si Cinpinlə ikitərəfli danışıqlar aparmağı planlaşdırır. Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Qeyd edilib ki, Pezeşkian BRICS sammitində də çıxış edəcək. BRICS sammiti oktyabrın 22-dən 24-dək Tatarıstan Respublikasının paytaxtında keçiriləcək. Oktyabrda Rusiya və İran prezidentləri artıq görüşüblər - Aşqabadda Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında danışıqlar olub. Liderlər arasında ünsiyyət həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də üzbəüz baş tutub. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Kazanda keçiriləcək BRICS sammitinə dəvət olunub. Qeyd edək ki, Azərbaycan BRICS-ə qoşulmaq üçün avqustun ortalarında rəsmi müraciət edib. BRICS 2006-cı ildə yaradılan hökumətlərarası təşkilatdır və tərkibinə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15