Rusiya ATƏT-in Nazirlər Şurasında rəsmi demarş etdi
ATƏT Xarici İşlər Nazirləri Şurasının Lodzda keçirilən iclasında Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətinin Polşaya buraxılmaması səbəbindən Rusiya rəsmi demarş edib.
Qafqaz.media xarici mətbuata istinadla xəbər verir ki, bu haqda ötən gün Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya-24" telekanalının efirində danışıb.
"Biz plenar iclaslarda rəsmi demarş etdik. Müttəfiqlərimiz qeyd-şərtsiz bizi dəstəklədi", - deyə o, Lavrovun başçılıq etdiyi nümayəndə heyətinin Lodza səfərinin mümkünsüzlüyünü şərh edərkən bildirib.
Lukaşeviç həmçinin əlavə edib ki, “Rusiya nümayəndə heyətinin Lodza buraxılmaması faktına münasibət bildirən yeganə qərbli Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq oldu. Nazir bildirdi ki, əgər biz dialoqda maraqlıyıqsa, o zaman heç bir ayrı-seçkiliyə yol verilmədən bütün tərəflərin dialoqda iştirakını təmin etməliyik. ”
Qafqaz.media