“RUSİYA ÜÇÜN PALYANİTSA”... – “Ukrayna düşmən aviasiyasını və aerodromlarını necə bombalaycaq”

01/09/2024 - 10:45

Ukrayna hakimiyyəti Qərbdən silah və texnika istəməklə yanaşı, həmişə tərəfdaşlarının bu məsələdə könülsüz davranmasından şikayətlənib. Çox güman ki, Ukrayna tərəfi bu müharibənin uzanmasında Qərbin maraqlı olmasını anlamamış deyil. Elə bu səbəbdən də onlar son zamanlar yerli silah istehsalının vacibliyini tez-tez vurğulayırlar. Ukrayna mütəxəssislərinin hazırladıqları uzaq mənzilli dronlar Rusiya ərazisindəki mühüm hədəflərə güclü zərbələr endirirlər. Ukraynalılar bu dronları təkmilləşdirirlər və indi artıq “Palyanitsa” adı verdikləri reaktiv mühərrikli raket drondan istifadə etməyə başlayıblar. Bu, Ukraynanın böyük nailiyyətidir və onun davam etdirilməsi müharibədə uğur qazanmaq üçün vacib şərtdir. “AzPolitika” xəbər verir ki, Ukraynanın “Qlavred.info” saytı “Rusiya üçün Palyanitsa: Ukrayna düşmən aviasiyasını və aerodromlarını necə bombalaycaq” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni təqdim edirik: ”Prezident Volodimir Zelenski müstəqillik günündə bəyan etdi ki, Ukrayna Rusiya ilə iri miqyaslı müharibə çərçivəsində “Palyanitsa” adlı raket drondan uğurla istiafdə edib. Bu silah bizim önümüzdə Ukrayna PUA vasitələrinin yeni keyfiyyətdə istifadə olunacağının üfüqlərini açır. Burada söhbət reaktiv PUA-dan gedir və bu silah bahalı olmayan avadanlıqlardan hazırlanır. Bu səbədən ona göstərilən texniki xidmət də ucuz olacaq. “Palyanitsa” reaktiv dronları düşmənin aviasiyasına zərbələr vurmaq istiqamətində böyük işlər görəcək. Əgər biz əvvələr əsasən Neft Emalı Zavodlarına, mərmi, yanacaq-sürtkü materialları anbarlarına və aerodromlara zərbə vururduqsa, indi proritet hədəflər aviasiyanın özü olacaq. Təəssüf ki, biz irimiqyaslı müharibə öncəsi qanadlı və operativ-taktiki səviyyəli ballistik raket hazırlamağa macal tapa bilmədik, ona görə də dronlar bizim üçün hər şeydir. Bu dronlar düşmənin arxa cəbhəsinin dərinliklərinə çoxsaylı zərbələr vura biləcək silahdır. Elə ona görə də “Palyanitsa” kimi dronların imkanları nə qədər yüksək olarsa, Rusiyanın infrastruktur və logistikası bir o qədər səmərəli məhv ediləcək.

 

 

Niyə məhz dronlar? Ona görə ki, cəbhədə ruslarda təyyarələr var, bizdə isə demək olar heç nə yoxdur. Həm də düşmən hava-hava raketləri ilə təchiz edilmiş müasir aviasiyadan istifadə edir. Bizim faktiki olaraq nə hücum, nə bombardmançı, nə də qırıcı aviasiyamız var. Bu, olduqca kədərlidir, lakin real vəziyyət belədir. Hələ İkinci Dünya müharibəsi zamanı deyirdilər ki, kimin havada üstünlüyü varsa, o, daha fəal döyüşür, uğur və qələbə üçün daha yaxşı şanslara malikdir. Haradasa 2022-ci ilin may ayında Ukrayna Rusiya aviasiyasını döyüş zonasından uzaqlaşdıra bildi. Onda demək olar ki, Rusiya təyyarələri bir ilə yaxın müharibədə aktiv istifadə olunmadı. Lakin KAB bombalarının (tənzimləyici aviasiya bombaları) istifadə taktikası nəticəsində Rusiya aviasiyası yenidən cəbhəyə qayıtdı. Amma biz tam mənası ilə öz təyyarələrimizdən istifadə edə bilmirik, çünki düşmənin zenit qurğuları, raketləri və qırıcıları var. Elə məhz buna görə Ukrayna müharibədə Pilotsuz Uçuş Aparatlarına üstünlük verməyə məcbur olub. Bu silah növü artilleriyanı, aviasiyanı və raketi əvəzləyir. Hər bir dron bizim imkanlarımızı genişləndirir. Bəs yeni dron olan “Palyanitsa” Ukraynanın döyüş imkanlarını nəylə və necə genişləndirir? Birincisi, bu dronun sürəti öncəki dronlarla müqayisədə artıqdır. Reaktiv mühərrik sayəsində “Palyanitsa” dörd dəfə daha çox faydalı yük götürə bilər. Yük qaldırma gücü birbaşa sürətdən asılıdır və əgər biz reaktiv mühərrikin köməyi ilə sürəti iki dəfə artırsaq, bu o deməkdir ki, faydalı yük dörd dəfə çoxalacaq. İkincisi, biz burada manevr edə bilərik - ya drona nisbətən zəif mühərrik qoymaqla faydalı yükü artırarıq, ya da daha güclü mühərrik qoymaqla faydalı yükü azalda bilərik. Yəni, ya daha çox partlayıcı yükləyib qısa məsfəyə uçarıq, ya da bunun əksini edərik. Əgər döyüş radiusundan danışırıqsa, ”Palyanitsa”nın uçuş məsafəsi 750 kilometrdir. Lakin 750 kilometr göstəricisi cəbhədəki təmas xəttindən başlayan radiusdur. Başqa sözlə desək, dronun effektiv istifadəsi üçün ən azından 50 kilometr ehtiyat məsafəsinin olması vacibdir. Hələ yaxşı olardı ki, bu məsafə daha uzun olsun. Məsələn, bu dronun Engels aerodromundakı hədəfi vurması üçün təxminən 900 kilometr məsafə qət etməsi gərəkir. Çünki uçuş müddəti zamanı dron manevrlər etməlidir, o, birbaşa düzxətli uçmamalıdır, yoxsa onu aşkarlayıb vurarlar. Bunun üçün qırıcıları havaya qaldırarlar və dronu yaxalayıb vurarlar. Ümumiyyətlə, belə təsəvvür yaranır ki, ”Palyanitsa”nın sürəti saatda 350-450 kilometrə qədərdir. Dron saatda 700 kilometr sürətlə uça bilməz, çünki onun böyük qanadları var və bu, ona yüksək sürətlə uçmağa mane olur.”Palyanitsa” dronu Moskvaya qədər uçmaq qabiliyyətinə malikdir. Ancaq Moskva bizim nəyimizə lazımdır? Həmin istiqamətdə artıq lazım gələn hər şey edilib. Yada salmaq lazımdır ki, dronlar nəinki Kremlin damını cızıblar və Moskva-Sitidəki binaların şüşələrini sındırıblar, onlar həm də qarşıya qoyulmuş hərbi tapşırığı yerinə yetiriblər. Belə ki, dron zərbələri göstərdi ki, Rusiya obyektlərinin zəif yerləri var və biz rusları məcbur etdik ki, Moskvanın, Putinin malikanəsinin və Sankt Peterburqun qorunmasına çoxlu sayda Zenit Raket Kompleksləri yönəltsinlər. Həmin müdafiə komplekslərinin böyük bir hissəsini bizim cəbhədəki təyyarələrimizə qarşı istifadə edirdilər. Diqqəti digər məsələlərə yönəldək: ”Palyanitsa”dan maraqlı kombinasiya üçün istifadə ediləcək. Yəni, Rusiya aerodromlarındakı hərbi təyyarələrlə yanaşı, həm də eniş zolağı məhv ediləcək. Bildiyimiz kimi,  bizim dronlar yüngül “A-22” və yüngül mühərrikli “Skyranger Nynja” bazası əsasında hazırlanır və onlar eniş zolağını məhv etmək imkanına malik deyillər. Amma “Palyanitsa” böyük sürətlə eniş zolağının ortasından betondağıdan mərmi ilə vurub ona “Storm Shadow” raketi qədər ziyan yetirə bilər. Asfalt ortükdə 1-2 metr dərinlikdə geniş dəlik açmaq mümkündür. Uçuş və eniş zolağının ortasından vurulan zərbədən sonra aerodrom sıradan çıxacaq, nəticədə təyyarələr havaya qalxa bilməyəcəklər. Zolağın bərpasına 2-3 gün vaxt lazım olacaq, bunun üçün köhnə örtük sökülməli, yeri bərkidilməli və yenisi çəkilməlidir. Bərpa işləri aparılan zaman isə aerodromdakı təyyarələri “Palyanitsa” dronu vasitəsilə sıradan çıxarmaq olar. Bunun üçün kasset və ya qəlpəli-fuqas mərmilərindən istifadə ediləcək.

Belə əməliyyatların həyata keçirilməsi üçün bu dronların kütləvi istehsalına başlamaq lazımdır. Ayda 100 ədəd “Palyanitsa” dronunun istehsal edilməsi çox yaxşı olardı”.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

İtaliyada zəlzələ oldu
09/11/2024 - 16:21
Heç 24 saat çəkmədi...
07/11/2024 - 11:25