Rusiyada helikopter qəza uğradı: ÖLƏNLƏR VAR

28/11/2022 - 09:33

Rusiyanın Tver vilayətində şəxsi helikopter qəzaya düşüb.

Qafqaz.media Rusiya KİV-ə istinadən xəbər verir ki, helikopterin göyərtəsində pilot və bir sərnişin olub. 

Onların qardaş olduqları və hər ikisinin qəzada həlak olduğu bildirilir. 

Məlumata görə, qəzaya səbəb texniki nasazlıq və idarəetmədə yol verilən səhv olub.