“Rusiyanın çıxış yolları axtarmağa başlayacağı an gələcək” - ALMANİYA KANSLERİ

25/11/2022 - 17:35

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə təmasda heç bir çətinlik olmadığını deyib.

Bu barədə “Focus online” yazıb.

Keçmiş kansler Angela Merkelin Moskva ilə münasibətlərdə vasitəçi rolunu öz üzərinə götürməsinə ehtiyac olmadığına işarə edən Şolts “Rusiya prezidenti ilə ünsiyyət problemimiz yoxdur” deyib.

Eyni zamanda Almaniya kansleri bildirib ki, Putinin Qərbin qəbul edə bilməyəcəyi hədəfləri var.

Şolts Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlaması qərarını “dəhşətli nəticələrə gətirib çıxara biləcək dönüş nöqtəsi” adlandırıb.

O, münaqişənin nə vaxt sona çata biləcəyinə dair tarix verməkdən imtina edib və əlavə edib ki, Rusiyanın da bu vəziyyətdən çıxış yolları axtarmağa başlayacağı an gələcək.