"Rusiyanın Donbasla birləşməsi daha əvvəl baş verməli idi" - Putin
25/11/2022 - 19:30
Rusiyanın Donbasla birləşməsi daha əvvəl baş verməli idi.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Rusiya Donbasla daha əvvəl birləşsəydi, bəlkə də o zaman bu qədər qurbanlar olmazdı.
"2014-cü ildən bəri Rusiya Donbasın Ukraynanın tərkibinə qayıtması ilə razılaşmağa ürəkdən ümid edirdi, lakin insanların əhval-ruhiyyəsini tam hiss etmirdi", - deyə Rusiya prezidenti vurğulayıb.