Rusiyanın ən zəngin adamlarından biri sanksiyalara məruz qaldı – ABŞ ONLARLA MƏMURU DA “CƏZALANDIRDI”

15/12/2022 - 20:17

ABŞ rusiyalı oliqarx Vladimir Potaninə qarşı sanksiyalar tətbiq edib.

Qafqaz.media Rusiya mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, baş nazirin müavinləri Andrey Belousov və Dmitri Çernışenko, ilhaq edilmiş Xerson vilayətinin hökumət başçısı Andrey Alekseenko və Rusiyanın 29 qubernatoruna qarşı sanksiyalar tətbiq edilir.

UK imposes sanctions on Russian oligarch Vladimir Potanin | Financial Times

Bütün bunlarla yanaşı, Potaninin nəzarətində olan “Rosbank” və VTB ilə əlaqəli şirkətlər də sanksiyalara məruz qalıb. VTB-nin özü çoxdan sanksiyalar altındadır. Potaninin “İnterros holdinq”inin səhmlərinə sahib olduğu Tinkoff və Norilsk Nikel ABŞ sanksiyalarına məruz qalmayıb.

Fall from grace: Russia's richest man is being shunned in New York

ABŞ-ın Potaninə sanksiya tətbiq etmək niyyətində olması barədə daha əvvəl “The Wall Street Journal” rəsmi mənbələrə istinadən məlumat yaymışdı. Potanin dünyanın ən böyük palladium və təmizlənmiş nikel istehsalçılarından biri olan PJSC MMC Norilsk Nikel-in səhmdarıdır.

Qafqaz.media