Saakaşvili: Rusiyanın Cənubi Qafqazda artıq dəstəyi yoxdur

01/10/2023 - 08:59

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın Qərbə qarşı mövqeyi Rusiyanın Cənubi Qafqazdakı əsas paradiqmasını məhv edib.

Qafqaz.media bu barədə “Exo of Caucasus” saytına istinadən xəbər verir.

“Rusiya artıq Qafqazın üç ölkəsindən heç birinin dəstəyinə malik deyil. Ona görə də, mən hamının birləşməsində fəal iştirak edəcəyəm.

Mən özüm də öz kadr səhvlərimdən çox şey öyrənmişəm, yekunda kimin kim olduğunu aydın gördüm və artıq təkcə özümü azad etmək deyil, bütün ölkəni azad etmək niyyətindəyəm...” - Saakaşvili yazıb.