"Şagirdlərin bir əlində Quran, digər əlində silah tutması liderlik baxımından uğurlu olar”-İranın təhsil naziri

03/12/2023 - 00:57

İranın təhsil naziri Rza Murad Səhrayi bir əlində Quran, digər əlində silah olan şagirdin uğur qazandığını bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Bütün inqilabi məqsədlər “Bəsici” qüvvələrində və bütün sahələrdə aktivdir. “Bəsici” şagirdlərin bir əlində Quran, digər əlində silah tutması liderlik baxımından uğurlu olar”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, İranda şagirdlər “Bəsici” (Xomeyni tərəfindən 1979-cu ilin noyabr ayında İranda yaradılmış yarıhərbi könüllülər təşkilatıdır) ruhu ilə tərbiyə olunur.

“İran rəhbəri (Xamenei) açıqlamalarında bildirib ki, “Bəsici”lər millətin böyük məqsədləri yolunda ölkə gəncləri üçün çalışmağa hazır olan şəxslərdir, ona görə də xalqın xoşbəxtliyi üçün toplanmış qrupdur”, – deyə təhsil naziri əlavə edib.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33