ŞİMALİ KOREYA “GÖRÜNMƏMİŞ MÜTLƏQ GÜC”Ə SAHİB OLMAQ İSTƏYİR - Kim Çen In “dünyanın ən güclü nüvə qüvvəsi”ni yaratmaq qərarına gəlib

27/11/2022 - 10:03

“Şimali Koreya dünyanın ən güclü strateji nüvə qüvvələrini yaratmağı, xalqın və dövlətin ləyaqətini, suverenliyini qorumaq üçün "görünməmiş mütləq güc”ə sahib olmağı hədəfləyir”.

Qafqaz.media Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, bunu ölkə lideri Kim Çen In deyib.

“Dövlətin və xalqın ləyaqətinin, suverenliyinin əbədi etibarlı müdafiəsinə yönəlmiş nüvə silahlı qüvvələrinin yaradılması üzrə yorulmaz işimiz ən böyük və ən mühüm inqilabi işdir və əsas məqsədimiz dünyada ən güclü strateji gücə sahib olmaqdır”, - Şimali Koreya lideri bildirib.

Şimali Koreyanın dünyanı qorxudan hərbi gücü...

Qafqaz.media