Şolz: Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir

29/01/2023 - 12:17

“Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir və yeni reallığa tez uyğunlaşa bilib”.

Qafqaz.media xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

“24 fevral 2022-ci ildə biz dövr dəyişikliyi ilə üzləşdik və Almaniya bu yeni reallığa tez uyğunlaşdı. Artıq Rusiya ilə əməkdaşlıq etmədiyimiz reallıqdır”, - Şolz Latın Amerikasına səfəri ərəfəsində jurnalistlərə bildirib.

Almaniya kansleri onu da vurğulayıb ki, ölkə artıq Rusiya qazı, nefti və kömüründən asılı deyil. Onun sözlərinə görə, Almaniya bir neçə ay ərzində enerji sektorunu transformasiya edə bildi, lakin iqtisadiyyatın birtərəfli asılılığının azaldılması istiqamətində işləri davam etdirir.

Qafqaz.media