TƏBİB rəhbəri: Təcili tibbi yardımın ünvana gecikməsi şikayətləri azalıb

12/11/2024 - 09:54

Son zamanlar təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətlərin sayında ciddi azalma müşahidə olunur. "Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yaxın müddətdə təcili tibbi yardım xidmətinin təşkili ilə bağlı yeniliklər də açıqlanıb: "Təcili tibbi yardım mərkəzi tam yenilənmiş şəkildə fəaliyyətini davam etdirir. Hazırda Bakı şəhəri üzrə ən çox əhali məskunlaşan rayonlarda yaşayış yerlərinin yaxınlığında yeni təcili yardım yarımstansiyaları qurulub. Pik saatlarda səyyar təcili tibbi yardım briqadaları ərazilərə cəlb olunur ki, gecikmələr baş verməsin. Hesab edirəm ki, bütün bu işlər nəticəsində qısa zamanda yaxşı nəticələr əldə olunacaq".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00