TDT-nin Baş Qərargahında bayraqlar yarıya endirilib

07/02/2023 - 10:52

Türkiyədə baş verən zəlzələdə ölənlərin xatirəsinə elan edilən 7 günlük milli matəmlə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Baş Qərargahındakı bayraqlar yarıya endirilib.

Qafqaz.media xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, qərargahda yerləşən bütün üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya qədər endirilib.

“Qardaş Türkiyənin xalqı və rəhbərliyi ilə hər zaman həmrəy olan TDT bir daha türk xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir”, - TDT-dən bildirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7.7 maqnituda gücündə zəlzələ olub. Nəticədə 3381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12