Trampın Taylor Sviftə "hücumları" onları QORXUYA SALDI
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın müğənni Teylor Sviftin ünvanına söylədiyi fikirlər siyasətçinin müşavirlərini narahat edib. Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Qeyd edilib ki, Sviftə hücumlar qadın seçiciləri cəlb etmək barədə düşünən Trampın məsləhətçilərini xüsusilə narahat edib. Eyni zamanda, siyasətçinin seçki qərargahının kommunikasiyalar üzrə direktoru Stiven Çunq Trampın ifaçıdan daha populyar olduğunu iddia edir. Sentyabrın 15-də Tramp özünün "Truth Social" sosial şəbəkəsində Taylor Sviftə nifrət etdiyini yazıb. Bu, müğənninin nəinki açıq şəkildə Trampın Demokratik rəqibi Kamala Harrisə dəstək verməsindən, həm də yaşı 18-dən yuxarı olan bütün amerikalıları noyabrda keçiriləcək prezident seçkilərində səs verməyə çağırmasından sonra baş verib. Harrisin kampaniyası siyasətçini Svifti tənqid etdiyinə görə ələ salıb və onu dəyərsiz adlandırıb