Tu-22M3 strateji bombardmançı təyyarəsini Ukraynaya qaçırmaq cəhdinin qarşısını alınıb
Rusiya Federal Təhlükəsizlik Xidməti Tu-22M3 strateji bombardmançı təyyarəsini Ukraynaya qaçırmaq cəhdinin qarşısını alıb. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə FTX-nın İctimayyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Bildirilib ki, Ukrayna kəşfiyyatı Tu-22M3 pilotunu "verbovka" etməyə cəhd edib, əvəzində pilota İtaliya vətəndaşlığını vəd edilib. Qeyd olunub ki, Rusiya hava kosmik Qüvvələrinə məxsus Tu-22M3 bombardmançı təyyarəsinin qaçırılması cəhdinin hazırlanmasında və həyata keçirilməsində NATO ölkələrinin məxfi xidmətlərinin iştirakı üzə çıxıb. "Əks-kəşfiyyat xidmətinin əməkdaşları Tu-22M3 təyyarəsinin qaçırılması əməliyyatının qarşısını alarkən, Rusiya Silahlı Qüvvələrinə Ukraynanın" Ozernoye" aerodromunu vurmağa yardım edən məlumat əldə ediblər" deyə Rusiya FTX-nın məlumatında bildirilib.