Türk dövlətləri üçün elektron baza yaradılacaq - KOMİTƏ SƏDRİ AÇIQLADI

21/12/2022 - 14:40

Türk dövlətləri üçün gələcəkdə elektron baza yaratmaq istəyirik. Bu, əlaqələrin qurulması üçün çox vacibdir.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dekabrın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumunda deyib.

O qeyd edib ki, komitənin rəsmi internet saytında yayımlanan xəbərlərin operativliyini, sayını təmin etmək üçün interaktiv xəritə yaradılıb. Yaradılan xəritə ilə dünyanın istənilən yerindən diaspor haqqında məlumat almaq olar.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, dünyanın 60-dan çox ölkəsindən minlərlə soydaşımızın qatıldığı konfranslar təşkil edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ