Türkiyədə avtobus aşdı: 39 nəfər...
29/11/2022 - 09:50
Türkiyədə sərnişin avtobusu aşıb.
Qafqaz.media "CNNtürk"ə istinadən xəbər verir ki, hadisə Bartın vilayətində qeydə alınıb.
Bartın-Zonquldağ magistralında hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə jandarma, xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.
Qəza nəticəsində avtobusda olan 39 nəfər xəsarət alıb.