Türkiyədə təhlükəli qadın terrorçu yaxalandı – O, XARİCƏ QAÇMAQ İSTƏYƏRKƏN TUTULUB

28/11/2022 - 14:14

Türkiyə Milli Kəşfiyyat Xidməti və Baş Təhlükəsizlik İdarəsinin İstanbulda keçirdiyi birgə əməliyyat zamanı silahlı terror təşkilatına mənsub olmaq ittihamı ilə axtarışda olan Gültən Matur saxlanılıb.

Qafqaz.media “TRT Haber”ə istinadən xəbər verir ki, o, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) üzvü olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Gültən Matur xaricə qaçmağı planlaşdırıb. O, MİT və Təhlükəsizlik Baş İdarəsi təhlükəsizlik qüvvələri tərəfindən İstanbulun rayonlarından birində saxlanılıb.

Qafqaz.media