TÜRKİYƏDƏKİ DƏHŞƏTLİ ZƏLZƏLƏDƏ HƏLAK OLANLARIN SAYI 36 187 NƏFƏRƏ ÇATDI - Yenilənir

16/02/2023 - 12:24

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 36 187 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 108 068 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edək ki, yaralı olaraq dağıntıların altından 80 280 nəfər xilas edilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

***

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yaralı olaraq dağıntıların altından 80 278 nəfər xilas edilib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Qeyd olunub ki, yaralı olaraq dağıntıların altından 80 278 nəfər xilas edilib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb. 

***

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 21 848-ə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, yaralı olaraq dağıntıların altından 80 104 nəfər xilas edilib. 

Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6 444-ə bərabər olub.

Xilasetmə işlərinə 160 000 nəfər, 10 000-ə yaxın müxtəlif texnika cəlb olunub.

***

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 21 043 nəfərə çatıb.

Bu barədə məlumatı Diyarbəkirdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayı 80 097 nəfər olub.

***

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 20 937 nəfərə çatıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, xilas edilənlərin sayı 80 088 olub.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 18 342 nəfərə çatıb. 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yaralıların son açıqlanan sayı isə 74 242 nəfərdir.

Dağılan binaların sayı 6 444 təşkil edir.

***

Zəlzələ nəticəsində bu ana qədər 17 674 nəfər həlak olub.

Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat verib.

Zəlzələdə yaralananların sayı 72 879 nəfərdir.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb, yaralananların sayı 66 132-dir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dağılan binaların sayı 6 444 təşkil edir.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə çıxışında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb. 

***

“Zəlzələ nəticəsində 14 014 nəfər həlak olub”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.

O bildirib ki, 63 794 nəfər isə yaralanıb: “Axtarış-xilasetmə tədbirləri davam edir”.

***

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir.

Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub.

İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb. 

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, 49 133 nəfər yaralanıb. 

Təbii fəlakət nəticəsində 6444 bina dağılıb. 

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 40 910 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.

Qafqaz.media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb.

***

 

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

***

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2379 nəfərə çatıb.

Bu barədə ölkənin vitse-prezidenti Fuad Oktay məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 14 min 483 nəfərə çatıb. Fuad Oktay qeyd edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı bütün işlər Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi nəzarəti altındadır.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ baş verib./report