"Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik" - Ərdoğan

07/10/2023 - 13:37

“Müxtəlif çətinliklərlə üzləşsək də, Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik. Bizi qorxutmaq istəyənlərə fikir vermirik”.

“Report” "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan AKP-nin IV növbədənənar qurultaya qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.

“Terror təşkilatlarından istifadə edərək bizi küncə sıxışdırmağa çalışanların qarşısında baş əymirik. Biz nəyin bahasına olursa-olsun, Türkiyənin maraqları və təhlükəsizliyi üçün tələb olunanları etməkdən heç vaxt çəkinmirik”, - deyə Ərdoğan vurğulayıb.