Ukraynada "Qolodomor" genosidinin 90-cı ildönümü qeyd olunur

26/11/2022 - 18:24

Bu gün Ukraynada Moskvanın 1932-33-cü illərdə süni aclıq yoluyla qəsdən törətdiyi "Qolodomor" genosidinin qurbanlarının xatirəsi yad olunur. "Qolodomor" hər il noyabrın 26-sı qeyd edilir. Bu il isə faciənin 90-cı ildönümü Rusiyanın genişmiqyaslı işğalı kontekstində qeyd olunur. Faciə qurbanlarının xatirəsi Ukrayna vaxtı ilə saat 16:00-da bir dəqiqəlik sükutla anılır, ardınca bütün ölkə ərazisində “Şam yandır” aksiyası başlayır. Həmin gün ölkə ərazisində Ukraynanın dövlət bayraqları endirilir.
Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir. Tədbir ilk on ildə Kiyevdəki Mixaylov meydanında keçirilib. 2008-ci ildən başlayaraq “Qolodomor qurbanları memorialı” Milli Muzeyi açıldıqdan sonra anım mərasimi orada təşkil olunur.
Ukrayna Milli Elmlər Akademiyasının Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatına görə, Qolodomor faciəsi nəticəsində 3 milyon 943 min insan həlak olub. Tarixçilər isə bu rəqəmləri təqribən 7 milyon göstərirlər.
2006-cı ildən Ali Rada Qolodomor hadisələrini ukraynalılara qarşı soyqırımı aktı kimi qiymətləndirib. 2010-cu ildə məhkəmə qərarı ilə İosif Stalin və onun tərəfdaşlarının Ukrayna xalqının bir hissəsini məhv etmək niyyəti ilə genosidi törətdiyi sübut edilib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33