“Ukraynalıların Rusiyaya qarşı mübarizəsi ümumi azadlığımız uğrunda mübarizədir” - ZURABİŞVİLİ

27/11/2023 - 13:28

“Ukraynanın qələbəsi olmadan Gürcüstan üçün tərəqqi və azadlıq olmayacaq. Ukraynalıların Rusiyaya qarşı mübarizəsi ümumi azadlığımız uğrunda mübarizədir”.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

“Mən bu günü qeyd etmək istəyirəm və Ukraynaya qələbə arzulayıram, çünki Ukraynanın qələbəsi olmadan heç bir tərəqqi və azadlığımız olmayacaq. Bu, bizim azadlığımız uğrunda birgə mübarizəmizdir”, - Zurabişvili bildirib.

O, həmçinin vurğulayıb ki, 2024-cü il daha həlledici olacaq, çünki Gürcüstan Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlayacaq Ukrayna və Moldovanı dəstəkləməlidir. Dövlət başçısının sözlərinə görə, Gürcüstan Ukrayna və Moldova - “Associated Trio”nun hər üç ölkəsi ilə birlikdə Aİ-yə üzvlüklə bağlı danışıqların başlamasına nail olmalıdır.

Zurabişvili onu da qeyd edib ki, dekabrın 15-də Aİ Gürcüstana bu ölkəyə namizəd statusu verib-verməmək barədə qərar qəbul edəndə heç nə bitmir, əksinə daha ciddi mərhələ başlayır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33