Urumçidə uyğurların üzərinə hərbi kontingent göndərildi - Toqquşmaların olduğu bildirilir

26/11/2022 - 19:17

Uyğurların kütləvi məskunlaşdığı Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Respublikasının Urumçi şəhərinin sakinləri hökumətin “sıfır covid” siyasətinə və bununla bağlı məhdudiyyət və karantinlara etiraz etmək üçün çıxıblar.

Qafqaz.media bu barədə "Reuters"ə istinadla bildirir.
Hündürmərtəbəli yaşayış binasında 10 nəfərin ölümü ilə nəticələnən yanğından sonra nümayişlər başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın baş verən kompleksin sakinlərinə evlərini tərk etmək qadağan edilib. Etirazın əsas şüarı “Rədd olsun karantin!”dir. Təsdiqlənməmiş məlumatlara görə, etirazlar başlayandan sonra çinlilər bütün Şərqi Türküstan ərazisinə hərbi kontingent göndəriblər. Nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında toqquşmaların olduğu bildirilir.

Qafqaz.media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33