Xarici İşlər Nazirliyində protokol idarəsinin rəisi işdən çıxarılıb? - Nazirlikdən açıqlama

07/10/2023 - 10:56

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisinin işdən çıxarılması ilə xəbərlər yayılıb.

Trend xəbər verir ki, yayılan məlumatlarda xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Ramil Rzayev işdən çıxarılıb.

Məsələ ilə bağlı Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə daxili rotasiya olub.

“Bu işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq”, - deyə əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33