Xersonda atışma nəticəsində 15 nəfər ölüb – 35 YARALI VAR

25/11/2022 - 21:51

Bu gün Xersonun atəşə tutulması nəticəsində şəhərdə 15 nəfər ölüb, biri uşaq olmaqla 35 nəfər yaralanıb.

Qafqaz.media xəbər verir ki, bu barədə şəhər hərbi idarəsinin rəisi Qalina Luqova bildirib.

Luqovanın sözlərinə görə, noyabrın 20-dən 25-dək rus qoşunları Xersonu ümumilikdə 74 dəfə atəşə tutub.

Qeyd edəkki, rus qoşunları Xersondan çıxarılandan sonra da, onlar tez-tez şəhəri artilleriyadan atəşə tuturlar.

Qafqaz.media