Xocalı və Ağdam üzərində kəşfiyyat uçuşlarına cəhd... - DÜŞMƏNİN KVADROKOPTERİ ƏLƏ KEÇİRİLDİ / FOTOLAR

26/11/2022 - 12:51

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.

Qafqaz.media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

Qafqaz.media

Ermənilər Xocalı və Ağdam üzərində kəşfiyyat uçuşları keçirməyə CƏHD ETDİLƏR

Ermənilər Xocalı və Ağdam üzərində kəşfiyyat uçuşları keçirməyə CƏHD ETDİLƏR

Ermənilər Xocalı və Ağdam üzərində kəşfiyyat uçuşları keçirməyə CƏHD ETDİLƏR