Yalçın Hacızadə “Ana Vətən” Partiyasının “Seçki Qərargahının” rəhbəri təyin olunub

06/07/2024 - 17:47

Yalçın Hacızadə “Ana Vətən” Partiyasının “Seçki Qərargahının” rəhbəri təyin olunub.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Ana Vətən Partiyasının  Seçki Qərargahının rəhbəri təyin olunan Yalçın Hacızadənin Qafqaz.Media saytına  eküzkluziv  müsahibəsini təqdim edirik

- Yalçın müəllim, ölkəmizdə növbədənkənar seçki prosesinə hazırlıq gedir. Sizin partiyada vəziyyət necədir?

- Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. “Ana Vətən” Partiyası hər zaman olduğu kimi ictimai-siyasi proseslərin aktiv iştirakçısı olub, bu seçkilərdə də belə olacaq. Partiyamız seçkilərdə iştirakla bağlı qərar verib və seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına təqdim edib. MSK-nın bugünkü iclasında müraciətimizə baxılaraq, müsbət qərar verilib.

 
- Mətbuatda gedən məlumata görə partiyanızın sədri Fəzail müəllim bildiribki, “səhhətimdə problem var və həkim rəyindən sonra seçkilərdə namizəd olub-olmayacağım barədə qərar verəcəm?

Partiya üzvlərinin seçkilərdə namizəd olması barədə mütləqdir ki, partiyamızın ali orqanı həmin şəxsin namizəd olması barədə qərar versin. Sədrimiz Fəzail müəllim uzun müddət deputat kimi fəaliyyət göstərən, tarix elmləri doktoru, böyük siyasi təcrübəyə malik olan ictimai xadimdir.  Yəni sədrimiz səhhətini və mövcud vəziyyəti qiymətləndirə və analiz edə biləcək imkanlara malik şəxsdir. Ona görə namizəd olub-olmayacağına ancaq özü qərar verə bilər. Həm də partiya sədrinin fikrini mənim şərh etməyim də etik hesab edilməz, mən ancaq hörmətlə qarşılaya bilərəm. 

- Partiyanız digər namizədlərlə seçkilərdə iştirak edəcək?

- Əlbəttə, namizədlərin müəyyən olunması və seçi prosesinin təşkili məqsədi ilə partiyamızda İdarə Heyətinin qərarı əsasında “Seçki Qərargahı” yaradılıb. Eyni zamanda, İdarə Heyətinin qərarı əsasında mən, partiya sədrinin müavini olaraq “Seçki Qərargahının” rəhbəri təyin olunmuşam. Hal-hazırda namizdələrin seçilməsi və müəyyən olunmuş namizdələrin sənədlərinin Dair Seçki Məntəqələrinə təqdim olunması üçün hazırlanması prosesi aparılır. Hesab edirəm ki, bir neçə günə iştirak edəcək namizədlərimizin tam siyahısı təsdiq olunaraq, ictimaiyyətə təqdim olunacaq.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ