“SÜLH MÜQAVİLƏSİNİN İMZALANMASI PROSESİ XEYLİ MÜRƏKKƏBLƏŞİB” - “Üstüörtülü şərtlər, sənədlər ortaya çıxır...”

24/01/2024 - 17:57

Arif Əliyev: "Sülh uğrunda mübarizədə hərənin özünə pay istəməsi münasibətləri gərginləşdirir. Azərbaycan da mümkün gələcək riskləri burada görür"

"Ermənistan deyir ki, “Biz Rusiyadan uzaqlaşmışıq”. Neynəmisən uzaqlaşmısan? Sənin bütün sərhədlərin, itisadiyyatın, kommunikasiyan ruslaın əlindədir..."

“Bakı Pressklub”un rəhbəri Arif Əliyev “AzPolitika.info”-ya müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların perspektivi, son günlər Fransa-Azərbaycan münasibətlərində yaşanan gərginlik, eləcə də regionda gedən proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Arif bəy, Prezident İlham Əliye yerli telekanallara müsahibəsində Zəngəzur yolu, xəritələr və anklavlarla bağlı Azərbaycanın mövqeyini açıqlayıb. Ermənistan rəhbərliyi iddia edir ki, bu açıqlamalar guya, İrəvana qarşı ərazi iddiaları formalaşdırır. Paşinyan hökumətini müdafiə edən Avropadakı bəzi ermənipərəst siyasi dairələri də onlara dəstək verir. Azərbaycanın mövqeyini necə izah edirsiz, Ermənistanın bu iddiaları prosesi hara aparır?

- Mən Prezidentin son çıxışından sonra dərhal hiss etdim ki, bu, müəyyən dairələrdə narahatlıqlara səbəb olacaq. Prezidentin çıxışı bir neçə əsas məsələ ilə bağlı idi. Birincisi, bu çıxış daxili auditoriyaya yönəlmişdi. İkincisi, biz nəzərə almalıyıq ki, bu, seçkiqabağı baş tutan bir çıxış idi. Üçüncüsü, hazırda sülh müqaviləsinin imzalanması prosesi xeyli dərəcədə mürəkkəbləşib. Ötən ilin sonlarına yaxın bu proses daha sadə idi. Çünki həmin vaxt ortada əlavə şərtlər və məsələlər yox idi. İndi görürük ki, Qərbin bölgədə möhkəmlənməsinə hesablanmış üstüörtülü şərtlər, sənədlər ortaya çıxır. Prezidentin xarakterini də nəzərə aldıqda əlbəttə, bütün bunlar siyasi nöqteyi-nəzərdən sərt reaksiya doğurmalı idi. Onun yerli televiziyalara müsahibəsində dedikləri də məhz qeyd olunan nüansların göstəricisi idi.

Azərbaycanın dəfələrlə açıq şəkildə səsləndirib ki, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Biz deyirik ki, müəyyən dövrlərdə filan ərazilər bizim olub, orada filan şəxslər yaşayıb. Bu, ərazi iddiası irəli sürmək anlamna gəlmir. Sadəcə, qəlbində bir qədər qorxu formalaşan tərəflər bunu fərqli qəbul edirlər. Ermənistanın məsələyə bu cür baxması da məhz 30 il ərzində Azərbaycan ərazilərində törətdiyi qanunsuz əməllərlə bağlıdır. Ermənistan qorxur ki, Azərbaycan ordusu dayanmayacaq, ən azı Naxçıvana qədər gəlib çıxacaq. Digər tərəfdən, Prezident bu çıxışıyla həm də onu göstərmək istəyirdi ki, əgər Ermənistan son nəticədə bizim şərtlərimizi nəzərə almasa, alternativ həll yollarımız var. Məsələn, Naxçıvana yolun çəkilməsində İran variantı kimi...

- Zəngəzur yolunun açılması şərtləri, ona nəzarətlə bağlı Azərbaycan 10 noyabrda əldə olunmuş razılaşmanın yerinə yetirilməsini tələb edir. Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da dedi ki, məsələ üçtərəfli razılaşmaya əsasən həll olunmalı, sözügedən yola Rusiya nəzarət etməlidir. Amma Paşinyan hökuməti bununla razılaşmaq istəmir. Azərbaycanın Naxıvana maneəsiz yol tələbi isə əslində beynəlxalq təcrübədə də var. Paşinyan isə deyir ki, Azərbaycan İrandan hansı şərtlərlə Naxçıvana yol alıbsa, biz də həmin şərtlərlə Azərbaycana yol verə bilərik. Qısaca, bu məsələdə də böyük bir ziddiyyət yaranıb. Sizcə, burada hər hansı kompromis variantlar mövcuddurmu?

- Burada yeganə kompromisi olmayan məsələ Rusiyanın yola nəzarətidir. Hazırda Ermənistan Rusiya təsirini balanslaşdırmaq, onun təhlükəli tərəflərini aradan götürmək istəyir. Belə bir şəraitdə bu yolun tamamilə Rusiyanın nəzarətinə verilməsi təkcə Ermənistan-Azərbaycan münasibətlərinə təsir etmir. Hətta deyə bilərəm ki, bu yol Ermənistan-İran münasibətlərində daha böyük rol oynayır. Azərbaycan isə hələ 2021-ci ildə Prezident səviyyəsində elan etmişdi ki, biz Naxçıvana olan yolun statusu ilə Laçın yoluna olan statusu bərabərləşdirmək istəyirik. Onda Prezident demişdi ki, “Bizim üçün fərqi yoxdur, siz burada dəhliz istəyirsinizsə, orda da eyni dəhlizi bizə verin”. Yəni onda bu yanaşma tərzi ortaya qoyulmuşdu ki, o yolun hansı formada təmin olunacağının elə də böyük əhəmiyyəti yoxdur. Ancaq biz görürük ki, artıq 2024-cü ildə dünyada mürəkkəb bir vəziyyət yaranıb. Müxtəlif bölgələrdə qarşıdrumalar, müharibələr yaşanır. Elə İranın özündə də gələcəkdə vəziyyətin necə olacağını təsəvvür etmək çətindir...

- Arif bəy, hazırda Fransa-Azərbaycan kifayət qədər gərginləşən münasibətlərin perspektivi barədə fikirlərinizi öyrənməkn istəyirəm. Fransa Senatının son qətnaməsinə Azərbaycan parlamentinin cavabında iqtisadi əlaqələrin dayandırılması məsələsi ilk dəfə gündəmə gətirildi. Məlumdur ki, “Total” şirkəti Azərbaycanın “Abşeron 2” yatağında investor və operatordur. Azərbaycan parlamenti hökumətə tövsiyə edir ki, bu şirkətin də fəaliyyətinə son verilsin. Bəzi ekspertlər deyirlər ki, Azərbaycan diplomatiyası Fransanın nələrə hazırlaşmasından xəbərdardır. “Total”ın adı çəkilir ki, enerji şirkəti Fransa hökumətinə təzyiq etsin. Başqa bir gözləntilər də var ki, Fransa Avropanı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıra, Ermənistana birtərəfli qaydada hərbi dəstək verilə bilər. Siz bu prosesi necə qiymətləndirirsiniz?

- Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb və Ermənistan-Azərbaycan münasibətləri normallaşmayıb, bu gərginlik artacaq. Fransanın bu istəyi ilə bağlı heç bir şübhə yoxdur. Bu, yeni bir şey deyil, ötən əsrlərdən gələn bir istəkdir. Fransa indi bunun üçün real imkan tapıb. Əvvəllər belə bir ifadə var idi ki, “Müharibə olmayacaq, amma sülh uğrunda elə gərgin mübarizə olacaq ki, daş üstündə daş qalmayacaq”. İndi sülh uğrunda mübarizədə hərənin özünə pay istəməsi münasibətləri gərginləşdirir. Azərbaycan da mümkün gələcək riskləri burada görür. Çünki bu zona təkcə Qafqaz dağlarının arxasından ibarət deyil. Bu zona artıq qlobal kommunikasiya xətləri üzərində yerləşən və bu məsələdə çox ciddi rol oynayan bir bölgədir. İlk növbədə söhbət Çin ilə bağlı olan xəttdən, ikinci olaraq isə Orta Asiyanın enerji resurslarına bağlı olan yoldan gedir. Ona görə də bu bölgənin əhəmiyyəti böyükdür. Fransanın təbii ki, bununla bağlı planları var. Bu, artıq istək, gələcəyə hesabalanan addım da deyil. Fransa artıq bu addımları atır. Ən müxtəlif təkilatlarda Azərbaycana qarşı olan təşəbbüslərin müəllifidir. 

Təəsüf ki, bu gün Ermənistan hakimiyyətinin sözdə dediklərini real həyatda görmürük. Ermənistan deyir ki, “Biz Rusiyadan uzaqlaşmışıq”. Neynəmisən uzaqlaşmısan? Sənin bütün sərhədlərin, itisadiyyatın, kommunikasiyan ruslaın əlindədir. Hələ də KTMT- də və Avrasiya İqtisadi Birliyində qalırsan. Ermənistan bu gün beynəlxalq zəmanət tələb edir. Ancaq Ukrayna variantına baxsaq görərik ki, beynəlxalq zəmanət məsələsi elə də böyük önəm kəsb etmir. Məsələn, Ukrayna nüvə silahından imtina edərkən, ona Rusiya təhlükəsi ilə bağlı zəmanət verilmişdi. Biz bunun hazırda bir işə yaramadığını görürk. Digər tərəfədn, biz burada təkcə Fransaya diqqət edirik, amma buna paralel əlavə proseslər də gedir. Bu gün Ermənsitanla Hindistanın hərbi sahədə əməkdaşlığı daha geniş vüsət alıb. Statistikaya baxsaq görərik ki, son 3 ildə Hindistandan Ermənistana səfər edənlərin sayı necə dəyişib. İrəvana gələnlər də hansı kateqoriyaya mənsubdurlar...

- Fransa ilə yanaşı digər Qərb ölkələri də bunu istəyirmi?

- Qismən istəyir. Əvvəla bu özü çox təhülkəli prosesdir. Biz guya sülhə doğru gedirik, amma silahlanma getdikcə artır. Necə deyərlər, silah varsa, deməli, nə vaxtsa işə düşəcək. Çünki bu gün Ermənistanla yanaşı Azərbaycan da hərbi sahədə inkişaf edir. Düşünürəm ki, növbəti qarşıdurma hər iki ölkənin və ümumilikdə regionun inkişafına ciddi zərbə vuracaq. Bilmirəm, Fransa hökuməti bunu dərk edir, yoxsa yox. Amma bu cür davranışlar prosesə ciddi şəkildə zərbə vurur.

“AzPolitika.info”

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ