Yazıçı Günel Natiqin Birinci Vitse-Prezidentə müraciəti

09/09/2024 - 08:26

Bir qrup ziyalı və tanınmış ictimaiyyət nümayəndələri   Azərbaycan radiosunun aparıcısı, jurnalist  Günel Natiqin səhhəti və müalicəsi ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti,

Heydər Əliyev Fondunun Prezidenti 

Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətin mətnini təqdim edirik: 

 

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti,

Heydər Əliyev Fondunun Prezidenti 

Mehriban xanım Əliyevaya

 

Tanınmış ictimaiyyət nümayəndələri

                                              tərəfindən 

 

                                             Müraciət

 

Hörmətli Mehriban xanım! 

Möhtərəm Prezident cənab İlham Əliyevin və Sizin mədəniyyət, eləcə də media sahəsinə xüsusi diqqət və qayğınız  hər bir Azərbaycan vətəndaşına məlumdur.

Söz və sənət adamlarına həssas münasibətinizə güvənərək Sizə tanınmış yazıçı, jurnalist, radio aparıcısı Günel Natiqin ağır xəstəliyi ilə bağlı müraciət edirik. 

Günel Natiq Natiq qızı (Günel Natiq) 1976-cı ildə Bakı şəhərində, tanınmış tərcüməçi Natiq Səfərovun ailəsində dünyaya gəlib. On yeddi yaşında ikən o, Azərbaycan radiosunun ən gənc redaktoru vəzifəsində çalışıb. Günel Natiqin ədəbi yaradıcılığı və jurnalist araşdırmaları öz orijinallığı ilə ədəbi mühitdə daim maraq doğurub. Müəllifi olduğu radio verilişləri yazara böyük dinləyici auditoriyası qazandırıb. 

Günel Natiq Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərimizin  həyatına dair radio hekayələr formatında yayımlanıb. 

Azərbaycanın və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyi ilə dinləyicilərə dolğun şəkildə çatdırılıb.

90-cı illərdən başlayaraq milli kimliyimizin tanıdılmasında xüsusi rolu olan "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq bu layihə çərçivəsində qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələrimiz haqqında silsilə proqramlar hazırlayıb.

Günel Natiq həmçinin AzTV-də yayımlanan, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan "Şəbəkə" proqramının müəllifi və aparıcısı olub.

2012-ci ildə Azərbaycan Radiosunda həm məzmunca, həm də formaca yeni veriliş olan "Söz naxışı" Günel Natiqin ən maraqlı layihələrindən biri kimi ictimai maraq doğurub. Verilişin hər sayı tədqiqat işi kimi incələnərək, sözlərin mifoloji kökləri araşdırılıb, həmçinin, fəlsəfi və elmi-estetik təhlilləri verilib. 

Hörmətli Mehriban Xanım!

Yeddi kitabın, ölkə daxilində və xarici mətbuatda dərc olunan onlarla  məqalənin müəllifi,  Azərbaycan radiosunun inkişafında xüsusi xidmətləri olan istedadlı jurnalist  Günel Natiq illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. Aldığı müalicələr nəticəsində orqanizmdə xərçəngin inkişafı müvəqqəti olaraq dayansa da, bir neçə aydır xəstəlik yenidən baş qaldırıb. Təəssüflər olsun ki, hazırda səhhəti ağırlaşan Günel xanımın yenidən müalicə alması üçün tələb olunan maddi imkanı yoxdur. 

Biz – bu müraciəti imzalayan ictimaiyyət nümayəndələri və ziyalılar böyük ümidlə Sizdən Günel Natiqin müalicəsinə kömək göstərməyinizi xahiş edir, qələm dostumuzun Sizin dəstəyinizlə yenidən sağlam həyata qovuşacağına inanırıq! 

 

Hörmətlə: 

 

Ramiz Rövşən – Xalq şairi

Sabir Rüstəmxanlı – Xalq şairi, VHP sədri

Vahid Əziz – Xalq şairi 

Aqil Abbas – Millət vəkili, yazıçı

Fazil Mustafa – Millət vəkili, BQP başqanı 

Yasin Qarayev - Xalq artisti, aktyor

Sabir Məmmədov – Xalq artisti, aktyor

Eldost Bayram - Xalq artisti, diktor 

Əli Məhəmmədoğlu - Xalq artisti, diktor 

Seyran Səxavət – yazıçı, AYB üzvü

İntiqam Qasımzadə - “Azərbaycan” jurnalının baş redaktoru

Qulu Ağsəs – “Ulduz” jurnalının baş redaktoru

Məmməd Oruc – yazıçı, AYB üzvü 

Rüstəm Behrudi – şair, AYB üzvü

Səfər Alışarlı – yazıçı, AYB üzvü 

Murad Köhnəqala – yazıçı-publisist, AYB üzvü

Vaqif Əlixanlı – yazıçı, Əməkdar mədəniyyət işçisi

Bəsti Əlibəyli - ədəbiyyatşünas, tənqidçi, "Azərbaycan" jurnalında şöbə müdiri

Zemfira Məhərrəmli - yazıçı-publisist, Əməkdar jurnalist

Elçin İsgəndərzadə - AYB Qarabağ bölməsinin sədri, Texnika və Filoloğiya elmləri doktoru, professor

Fərid Hüseyn - AYB Gənclər Şurasının sədri

Seyfəddin Hüseynli - "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru

Şahbaz Xuduoğlu - “Qanun” nəşriyyatının direktoru

Fuad Biləsuvarlı -  yazıçı, jurnalist, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı, Qafqaz.Media saytının baş redaktoru

İlqar Türkoğlu - İntellektual Hüquq Mərkəzinin direktoru, AYB üzvü

Pərviz Cəbrayıl - “Qaynarinfo.az” saytının baş redaktoru

Həbibə Abdulla - AFN.az portalında baş redaktor

Samirə Əşrəf - yazıçı, Gənc Tamaşaçılar Teatrının mətbuat katibi

Ülviyyə Heydərova – yazıçı, dramaturq, AYB üzvü

Mətanət Vahid - yazıçı, esseist, AYB üzvü

Aysel Fikrət - yazıçı, Azərbaycan Milli Konservatoriyasında mətbuat katibi

Fariz Yunisli - folklorşünas, Mədəniyyət Nazirliyinin əməkdaşı 

Narıngül Nadir - yazıçı, "Qobustan" jurnalının əməkdaşı

Namiq Dəlidağlı - şair, AYB üzvü, manevr.az saytının baş redaktoru

Anar Bayramoğlu - jurnalist, “Ayna.az” saytında redaktor

Etimad Başkeçid - yazıçı, Tərcümə Mərkəzində şöbə rəhbəri

Minəxanım Nuriyeva - Təkəli - Filologiya elmləri doktoru, professor

Flora Naci - Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru

Sönməz Abbaslı Yurttaş - filologiya üzrə fəlsəfə doktoru

Mail Yaqub - sosioloq, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru

Şəhla İbişova – “Manera.az”ın baş redaktoru

Yusif Məhəmmədoğlu - Xəbərlər İnformasiya Agentliyinin baş redaktoru

Elçin Musaoğlu - rejissor, "Aztelefilm" yaradıcılıq birliyinin rəhbəri

Qiymət Məhərrəmli - AMEA, filologiya üzrə fəlsəfə doktoru

Havar Şəfiyeva - jurnalist, "Yeni Azərbaycan" qəzetinin müxbiri

Firuzə Məmmədli - şair, filologiya üzrə fəlsəfə doktoru

Nərgiz Cabbarlı – tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru

 

Fuad BİLƏSUVARLI 

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55
Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42