2022-ci ildə dünyada ilk dəfə baş vermiş 9 hadisə - MARAQLI OLAYLAR

30/12/2022 - 20:47

2022-ci il müxtəlif misli görünməmiş hadisələrlə yadda qalıb - və bunların heç də hamısı planetimizlə bağlı deyil!

Burada "multiplikasiya rekordundan" tutmuş uzaq keçmişimizə aid görüntüyədək bəzi məqamlar diqqətimizi cəlb edib.

NASA asteroidin istiqamətini dəyişir

25 Oktyabr 2022-ci ildə Noida, Uttar Pradesh, India Hindistanda bir xəstəxanada yeni doğulmuş körpələr

ABŞ Kosmik Agentliyi (NASA) sentyabrın 28-də öz kosmik gəmisini asteroidə çırpdıqdan sonra onun hərəkət istiqamətini dəyişə bilib. Bu toqquşma Yer kürəsinə təhlükə yarada bilən kosmik cisimlərin hərəkət istiqamətinin təhlükəsiz şəkildə dəyişdirilməsinin mümkünlüyünü yoxlamaq üçün həyata keçirilmişdi. Sınaq bunun mümkün olduğunu təsdiqləyib.

İnsan qanında mikroplastik aşkar edilib

Mikroplastiklərin lupa altında görüntüsü

Mikroplastiklərin bədənə təsiri məlum deyil.

Mart ayında Environment International jurnalında dərc edilən bir araşdırmanın nəticələrinə əsasən, sınaq məqsədilə müayinədən keçən insanların 80 faizinin qan nümunələrində mikroplastik aşkar olunub.

Mikroplastiklərin insan orqanizminə necə təsir göstərdiyi məlum deyil, lakin tədqiqatçılar əldə edilən yeni nəticələrin narahatlıq doğurduğunu və mikroplastiklərin insan hüceyrələrini zədələyə biləcəyini qeyd ediblər.

Birincilərin Dünya Kuboku

Fransalı qadın hakim Stefani Frappart Almaniya və Kosta-Rikadan olan oyunçularla danışır

Fransız hakim Stefani Frappart Qətər 2022-də dünya çempionatının final matçını idarə edən ilk qadın kimi tarixə düşüb.

Kişilər arasında 2022 FIFA Dünya Kuboku bir sıra ilk dəfə qeydə alınan nəticələrlə tarixə düşəcək.

Əvvəla, bu, Qətər, yəni, ərəb və ya müsəlman ölkəsinin qəbul edib keçirdiyi ilk Dünya Kuboku turniri idi.

Bu turnirdə həmçinin fransalı Stephanie Frappart kişilər arasında Dünya Kuboku matçını baş hakim qismində idarə edən ilk qadın oldu. O, Almaniya və Kosta-Rika arasında qrup mərhələsinin oyununu idarə edib.

Frappart həmin matçda yalnız qadınlardan ibarət olan hakimlər briqadasına başçılıq edib. Meydança xəttində Frappart-a Braziliyadan Neuza Back və Meksikadan Karen Medina adlı qadın hakimlər kömək ediblər.

Digər bir ilk Mərakeşin yarımfinala gedib çıxması oldu ki, bu da Afrika (və ərəb) ölkələri arasında Dünya Kuboku tarixində ən yaxşı nəticəsi idi.

Və biz yadda qalan hadisələrdən danışarkən, Qətər 2022-də Lionel Messinin beş cəhddən sonra ilk dəfə Dünya Futbol birinciliyi kubokunu qaldırdığını da qeyd etməyi oldu!

Dünya əhalisi 8 milyarda çatıb

Hindistanda dini festival zamanı izdiham

Bəşəriyyətin yeddi milyarddan səkkiz milyarda yüksəlməsi 12 il çəkdi

BMT-nin məlumatına görə, 15 noyabr 2022-ci il tarixində dünya əhalisinin sayı ilk dəfə olaraq səkkiz milyard nəfəri keçib.

"Bu görünməmiş artım ictimai səhiyyə, qidalanma, şəxsi gigiyena və tibbin təkmilləşdirilməsi nəticəsində insan ömrünün tədricən artması ilə əlaqəlidir. Bu, həm də bəzi ölkələrdə nəsil artımı səviyyəsinin yüksək və davamlı olması ilə bağlıdır", - BMT-nin hesabatında deyilib.

Eyni zamanda, BMT bildirib ki, dünya əhalisinin yeddi milyarddan səkkiz milyarda yüksəlməsi 12 il çəksə də, onun növbəti milyarda çatması üçün ən azı 15 il lazım olacaq, çünki Yer üzündə ümumi nəsil artımı sürəti azalmaqdadır.

"Dünyanı dəyişən" malyariya əleyhinə peyvənd

Uşaqlar vaksinlər vaksinləşdirmə

Burkina Fasoda yeni peyvəndin sınaqları keçirilib

Oxford Universitetinin alimləri sentyabr ayında "dünyanı dəyişdirə" biləcək malyariya peyvəndinı hazırladıqlarını bildiriblər. Gözlənildiyinə görə, yeni vaksin gələn ildən etibarən tətbiq ediləcək.

Sınaq mərhələsində yeni peyvəndin ildə 400 minə yaxın insanın ölümünə səbəb olan malyariyaya qarşı 80 faiz təsirli olduğu aşkar edilib.

Alimlər yeni peyvəndin həm də ucuz olduğunu bildiriblər.

Malyariya dünyada uşaq ölümünün əsas səbəblərindən biri sayılır.

Bu xəstəliyə qarşı peyvənd hazırlamaq olduqca çətindir, çünki malyariyaya səbəb olan parazit mürəkkəbdir və çox şətinliklər aşkar olunur. O, davamlı hərəkətdə olaraq bədən daxilində formalarını dəyişdirir, bu da həmin parazitə qarşı immunizasiyanı çətinləşdirir.

LeDuc Olimpiya və genderlər tarixini yazır

Timothy LeDuc and Ashley Cain in action during the 2022 Winter Olympics

LeDuc (sağda) Qış Olimpiya Oyunlarında iştirak edən ilk ikicinsli şəxs olub.

ABŞ fiqurlu konkisürən Timothy LeDuc fevral ayında Pekində keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən ilk qeyri-binar şəxs olub.

LeDuc medal qazanmayıb və Ashley Cain ilə birlikdə cütlük yarışında yeddinci olub, lakin bütün dünyanı təsirləndirib.

James Webb teleskopu sayəsində zaman məkanının dərinliklərinə irəlilədik.

James Webb teleskopu tərəfindən çəkilmiş uzaq qalaktikaları göstərən kollaj

JADES-GS-z13-0 indiyə qədər təsdiqlənmiş "ən uzaq qalaktikadır"Short presentational grey line

James Webb teleskopu 2022-ci ilin iyul ayında işə salındıqdan bəri kainatın heyrətamiz görüntüləri ilə davamlı olaraq xəbər başlıqlarına düşüb.

Onlardan biri, 13 milyard ildən çox yaşı olan və Böyük Partlayışdan sonrakı "ilk günlərə" aid olan JADES-GS-z13-0 qalaktikası da daxil olmaqla, kainatımızın indiyə qədər ən uzaq dərinliyini görüntüləyən şəkil olub.

Həmin şəkildə hazırda kainatımızın "ən uzaq qalaktikası" olduğu təsvir zəif bir ləkə kimi görünür. Teleskopun əldə etdiyi nəticələr alimlər tərəfindən qızıl standart ölçü üsulu ilə təsdiqlənib.

İlk dəfə ağdərili olmayan şəxs Downing Street 10-a köçür

Rishi Sunak 10 Downing Street-in qarşısında

Rishi Sunak baş nazir olaraq oktyabrın 25-də Downing Street 10 küçəsinə köçüb.

Böyük Britaniya 2022-ci ildə baş nazirlərin iştirakı ilə bir sıra rekordlar vurulub: Liz Truss cəmi 45 gün hökümətə başçılıq edib və bununla da ölkənin indiyə qədər ən qısa müddət vəzifədə olan baş naziri kimi tarixə düşüb. Onun xələfi daha müsbət bir nailiyətlə yadda qalacaq: Rishi Sunak oktyabrın 25-də Britaniyada baş nazir vəzifəsinə gələn ilk ağdərili olmayan şəxsdir.

Mikroskopsuz bakteriyaların müşahidəsi

Bacterium bakteriyalar

Thiomargarita adlı nəhəng bakteriyanın ölçüsü insan kipriyi boydadır.Short presentational grey line

Alimlər iyun ayında dünyanın ən böyük bakteriyasının kəşf edildiyini elan ediblər.

Thiomargarita magnifica-nı görmək üçün isə heç mikroskop lazım deyil: yeni kəşf edilən orqanizmin ölçüsü və forması insan kirpikləri ilə təxminən eynidir. Təxminən 1 santimetr uzunluğunda olan bu bakteriya bütün digər məlum nəhəng bakteriyalardan təxminən 50 dəfə böyükdür və heç bir xüsusi avadanlıq və ya mikroskop olmadan insan öz gözlərilə onu müşahidə edə bilər.