ABŞ İran bayrağını “dəyişdirdi” - FOTO

28/11/2022 - 11:59

ABŞ Futbol Federasiyası öz “Twitter” hesabında İran bayrağının gerbi (qırmızı qılınc və “Allah” sözünü simvolizə edən dörd aypara) olmayan şəkildə fotosunu dərc edib. Bu, İrandakı etirazlara dəstək məqsədilə edilib.

Bu barədə informasiya Rusiyanın “İzvestiya” qəzetində yer alıb.

Mənbə yazır ki,  bayrağın dəyişdirilmiş variantı noyabrın 29-da Qətərdəki dünya çempionatının qrup mərhələsinin ABŞ və İran komandaları arasında keçiriləcək oyunun anonsunda dərc olunub. Beləliklə ABŞ insan hüquqları uğrunda mübarizə aparan iranlı qadınları dəstəkləmək istəyib.
Buna cavab olaraq İran Futbol Federasiyasının nümayəndələri ABŞ-ni FIFA qaydalarını pozmaqda ittiham ediblər.

Daha sonra Amerika Futbol Federasiyası postu indiki İran bayrağı olan versiya ilə əvəz edib./bizim.media