ABŞ Qazaxıstan neftinin ixracı üçün yeni marşrutlar axtarır

25/11/2022 - 17:02

ABŞ Qazaxıstan neftinin ixracı üçün yeni marşrutlar axtarır. Qafqaz.media-nın verdiyi xəbərə görə, ABŞ-ın bu ölkədəki səfiri Daniel Rosenblum bildirib ki, ABŞ şirkətləri Qazaxıstan neftinin ixracının yeni etibarlı yollarını araşdırır.
“Bizim izlədiyimiz əsas məsələlərdən biri sanksiyalar altında Rusiyadan neft və ehtiyatların ixracıdır. Qazaxıstan ixracatının düzgün istiqamətə çatması üçün Avropa İttifaqı, ABŞ və Qazaxıstan arasında koordinasiya lazımdır. Bu problemin həllinin açarı Qazaxıstandan neft məhsullarının nəqlinin alternativ yolları olacaq. Məsələ kəskindir”, deyə diplomat jurnalistlərlə görüşündə bildirib.
Bir müddət əvvəl respublikanın baş naziri Əlixan Smailov bildirmişdi ki, Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə ildə təxminən 1,5 milyon ton neft daşıyacaq. Bu, Xəzər Boru Kəməri Konsorsiumuna ilk rəsmi alternativ idi, lakin bu günə qədər təklif olunan bütün marşrutlar ya tutum, ya da nəqletmə xərcləri baxımından aşağı performans göstərir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33