ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutuldu
26/11/2022 - 10:20
ABŞ-ın Suriyadakı bazası raket hücumuna məruz qalıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı məlumat yayıb.
"İki raket ABŞ-ın Suriyanın Əl-Şəddadi şəhərindəki patrul bazasının koalisiya qüvvələrinə yönəldilib. Hücum nəticəsində xəsarət alan olmayıb. Həmçinin, heç bir əmlaka maddi zərər də dəyməyib", - məlumatda bildirilib.