Ağ Ev: Bayden ikinci müddətə prezidentliyə namizəd ola bilər

06/12/2022 - 23:05

ABŞ prezidenti Co Bayden gələn ilin əvvəlində ikinci müddətə prezidentliyə namizədliyi ilə bağlı yekun qərar vermək niyyətindədir.

Qafqaz.media-nın xarici mətbuata  istinadla məlumatına görə, bunu dekabrın 6-da jurnalistlərə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

O, sözügedən sualı cavablandırarkən deyib: "Siz əvvəllər də  bunu söylədiyimi  eşitmisiniz: prezident seçkilərdə iştirak etmək niyyətindədir və çox güman ki, bu məsələni  ailəsi ilə müzakirə edib gələn ilin əvvəlində qərarını ictimaiyyətə açıqlayacaq ".

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33