Aİ sərhəddəki monitorinq missiyasını yeniləməyəcək-İrəvanın acizanə xahişinə baxmayaraq...

13/12/2022 - 01:37

Aİ-nin monitorinq missiyası Ermənistandakı fəaliyyətini dekabrın 19-da başa çatdıracaq və yeniləməyəcək. Qafqaz.media xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ diplomatiyasının rəhbəri Josep Borrel deyib. Onun dediyinə görə, qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 12-də Brüsseldə keçirilən görüşündə qəbul edilib.
"Biz missiyanı geri çağırmağa və Aİ ilə gələcək mümkün qarşılıqlı fəaliyyəti araşdırmaq üçün bir qrup göndərməyə razılaşdıq" deyən Borrell, missiyanın özünü "effektiv" göstərdiyini qeyd edib. 
Bundan əvvəl isə, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, İrəvan Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki monitorinq missiyasının  uzadılmasının mümkünlüyünü müsbət qiymətləndirərdi. Yəni Qriqoryanın ifadəsinin mahiyyətinə baxsaq İrəvan Aİ-dən onu tək qoymamağı xahiş etmişdi. 
Göründüyü kimi, İrəvanın böyük ümidlər bəslədiyi və özünün "böyük dayağı" hesab etdiyi Aİ də Ermənistanı məyus edərək geri çəkilir. Bundan başqa isə, senatda hay-küylə Azərbaycana qarşı qətnamə qəbul etməklə rəsmi Bakıdan "nəyi isə umub-küsən" Paris sonradan nəyin müqabilnidə isə razı salınmaqla İrəvanı tək qoymaq qərarına gəlib. Hər halda Parisin İrəvana köməyi də sözdən o tərəfə keçməyəcək.  

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33