Alim və Fərqanə Qasımovların möhtəşəm konserti

27/03/2024 - 22:12

Xalq artisti Alim Qasımov və qızı  Əməkdar artist Fərqanə Qasımova növbəti konsertlərini     26 mart 2024 - cü il tarixli gündə Türkiyənin Ankara şəhərində, CSO Ada Ankara Ana Salonda verdilər.Onu da deyim ki, konserti "Türkiyə Kültür və Turizm nazirliyin təşkilatçılığıyla veriblər". Əməkdar artist Fərqanə Qasımova Qafqaz.Media xəbər agentliyinə konsert haqqında təəssüratlarını  bölüşüb.              

Çox şükür Allahın böyüklüyünə. Həddən artıq, çox gözəl konsertimiz keçdi.
Bizi çox doğmaları kimi qarşıladılar. Fuad müəllim, açığı deyim ki, düzü bu qədər də gözləmirdik. Nə qədər çox sevildiyimizin bir daha şahidi olduq.
Bizi səhnədən buraxmırdılar alqışlara büründük maşallah. Bir sözlə, sürəkli alqış yağışına tutulmuşduq.
 

Biz də Qafqaz.Media xəbər agentliyinin rəhbərliyi, kollektivi adından dünya şöhrətli sənətkarlarımıza can sağlığı, və yeni uğurlar arzu edirik!!!

Fuad BİLƏSUVARLI

Qafqaz.Media

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18