Aretoviç istefasının səbəbərini açıqladı… - VƏ PEŞMAN OLMADIĞINI DEDİ

18/01/2023 - 09:34

Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç istefa verdiyinə görə peşman olmadığını bildirib. Onun sözlərinə görə, artıq insanların informasiya və psixoloji dəstəyi üçün daha çox vaxtı olacaq.

Qafqaz.media xəbər verir ki, o, bu barədə “Feigin Live” kanalının efirində bildirib.

"Mən indi tamamilə azad insanam", - Arestoviç deyib.

Onun sözlərinə görə, o, rüşvətxorluq, hətta basqın da daxil olmaqla, ən ağır cinayətlərdən sonra da vəzifəsini tərk etməyən “müəyyən təbəqəyə” nümunə göstərmək istəyib.

"Mən qərara gəldim ki, vəzifəmdən yapışmayacağam, amma mədəni şəkildə necə istefa verməyin lazım olduğunu da göstərəcəyəm", - Arestoviç vurğulayıb.

O, həmçinin qeyd edib ki, onun Prezident Aparatı ilə heç bir münaqişəsi yoxdur və dövlət başçısı Vladimir Zelenskinin fəaliyyətinə kömək edən qurumu, eləcə də ölkənin hərbi-siyasi rəhbərliyini dəstəkləyir.

“Müharibə olan dönəmdə tam dəstək verəcəyəm. Müharibədən sonra nə baş verəcək, onu görəcəyik”, - deyə keçmiş müşaviri bildirib.

Qafqaz.media