Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir

20/10/2024 - 21:57

Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə Sığaloni kəndində qeydə alınıb. Belə ki, aralarında baş verən mübahisə zəminində Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Hüseynova ov tüfəngindən atəş açıb. T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatına alınıb. Hadisəni törətməkdə təqsirli bilinən Ağaşir Hüseynovun saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21