Atlantik okeanı qayıqla təkbaşına keçən ilk türk qadın - VİDEO

18/01/2023 - 00:34

Yelkənli idman üzrə türkiyəli idmançı Başak Mireli Atlantik okeanı təkbaşına, qayıqla keçən ilk türk qadın olub.

Dekabrın 23-də yola düşən Mireli yanvarın 16-da Fransanın Karib dənizindəki xarici əyalətlərindən biri olan Martinikaya çatıb.

13 yaşından yelkənli idmanla məşğul olan Mireli həyat yoldaşı ilə birlikdə dünya turuna çıxıb. O, Atlantik okeanı tək keçib.

Mireli bu keçidi heç bir yerə yaxınlaşmadan və heç bir elektrik bağlantısı olmadan başa vurub. Qayıqda hansısa gözətçi olmadığından idmançı xüsusi yuxu rejiminə keçib.

Mənbə: Habertürk