Avropa ölkələrinin Azərbaycandakı səfirliklərində bayraqlar yarıya endirildi - FOTO

08/02/2023 - 10:02

Avropa ölkələrinin Azərbaycandakı səfirliklərində bayraqlar yarıya endirilib. 

Qafqaz.media xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.

O bildirib ki, bu, Türkiyə ilə həmrəylik rəmzidir: “Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 5 894 nəfər ölüb, 34 810 nəfər yaralanıb. Təbii fəlakət zamanı 5 775 bina dağılıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.