Azərbaycan "Laçın dəhlizi"nə alternativ yolu bağladı?

03/12/2022 - 15:10

Erməni mətbuatında "Laçın dəhlizi"nə alternativ olaraq Azərbaycandan Ermənstana çəkilmiş yeni Xankəndi-Gorus yolunun bağlanması barədə məlumatlar yayılmağa başlayıb.
Qafqaz.media-nın verdiyi xəbərə görə, Xankəndini Ermənistanla əlaqələndirən yeganə yol Azərbaycanı təmsil edən mülki geyimli şəxslər tərəfindən bağlanıb. Bu barədə erməni xəbər saytları Qarabağdakı separatçı qurumun “informasiya qərargahı”na istinadla xəbər verirlər.
Qafqaz.media-nın məlumatına görə, ermənilər Azərbaycan tərəfinin bunu ekoloji səbəblərlə əsaslandırdığını da bildiriblər və hadisə ilə bağlı rusiyalı sülhməramlılarını məlumatlandırdıqlarını da qeyd ediblər.
Azərbaycanın Laçın dəhlizini müvəqqəti də olsa bağlayacağı ehtimalı gündəmdə idi. Bakı artıq 2 ildir ki, ipə-sapa yatmayan, beynəlxalq hüquq anlamayan bir qrupseparatçı quldur dəstələrinin nazı ilə oynayırdı. Erməni tərəfi artıq qəzəblənib, lakin Bakı dəfələrlə İrəvana və nizamlanmanın qarantlarına xəbərdarlıq etmişdi. Amma yenə də Ermənistanda ərköyünlük edərək hakimiyyət razılaşmaları pozmaqda davam edir.
Sülhməramlılarımızın patrul nəzarəti altında olan ərazilərə silahların ötürülməsi bu yoldan  davam edir. Bu günlərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən döşənmiş yeni mina sahələri aşkar edib.
Bütün bunlar gec-tez münaqişənin qaynar mərhələsinin - böyük silahlı münaqişənin aktivləşməsinə səbəb ola bilər. İrəvan açıq şəkildə özünü sülh tərəfdarı kimi göstərməklə yanaşı, bütün razılaşmaları pozur, əslində isə destruktiv siyasətini davam etdirir. Bundan başqa, Ermənistan tərəfi öz əməlləri ilə bizə də ziyan vurur, regionda təhlükəsizliyin təminatçısı kimi imicimizə və reputasiyamıza xələl gətirir.
Bu vəziyyətdə ən rasional və düzgün qərarları Bakı verir. Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmaq, bölgədə Rusiya Ədliyyə Nazirliyi ilə razılaşdırılaraq istənilən pozuntunun qarşısını ciddi şəkildə almaq lazımdır. Əks halda, Ermənistan hakimiyyəti məcburiyyətdən başqa dil anlamır.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33