Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb
27/09/2024 - 09:59
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,51 ABŞ dolları və ya 3,2% azalaraq 75,43 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötən gün "Azeri Light" 77,94 dollara ticarət edilib.