Bağça müəllimləri üçün diaqnostik qiymətləndirmə prosesi BAŞLAYIB

11/09/2024 - 13:22

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 2025-2026-ci illərdən başlayacağını bildirib. Nazirlik sertifikatlaşdırılmadan öncə bağça müəllimlərinin diaqnostik qiymətləndirməsinin aparılacağını bəyan etmişdi. Proses artıq başlayıb. Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a açıqlama verilib. Bildirilib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır. İlk addım kimi məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti – tərbiyəçi-müəllim və metodistlər üçün 2024-cü ilin iyulun 22-si və avqustun 29-da onlayn sınaqlar həyata keçirilib. Agentlik vurğulayıb ki, diaqnostik qiymətləndirmə ilin sonunadək keçiriləcək. “Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırlanıb. Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi müzakirə olunub. Diaqnostik qiymətləndirmə ölkənin bütün ərazilərini əhatə edəcək. Bu qiymətləndirməyə tərbiyəçi-müəllimlər və metodistlər cəlb olunacaq. 2026-cı ilədək isə pedaqoji heyətin sertifikasiyası keçiriləcək”, - deyə qurumdan bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10